"Bavariya" klubu heyətini yeni qapıçı ilə gücləndirib. Matc.az xəbər verir ki, Münxen təmsilçisi "Şalke"də çıxış edən Aleksandr Nyubeli azad agent kimi heyətinə qatıb. 
 
24 yaşlı qolkiper tibbi müayinədən keçib və klubu ilə 5 illik müqavilə imzalayıb. 
 
Qeyd edək ki, Aleksandr Nyubel bu mövsüm "Şalke"nin heyətində 29 oyun keçirib və 44 qol buraxıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest