Bu gün Topaz Premyer Liqasında Bu gün Topaz Premyer Liqasında XIII tur davam edib. Matç.az saytı xəbər verir ki, daha bir oyun keçirilməli olsa da, qarşılaşma başa çatdırılmayıb.

Belə ki, Qəbələdə eyniadlı komanda ilə "Zirə" üz-üzə gəlib. Əlverişsiz hava şəraitində keçən matçda komandalar duman altında mübarizə aparıb.

Lakin 58-ci dəqiqədə duman görüntü imkanlarını daha da məhdudlaşdırıb. Hakimlər briqadası oyunu saxlamağa məcbur olub.

öncə 15 dəqiqəlik fasilə elan olunub. Bu müddətdə hava şəraiti nisbətən sabitləşəcəyi halda qarşılaşma davam etdiriləcəkdi. Lakin duman oyunun sona kimi keçirilməsinə imkan verməyib.

Nəticədə hesab 0:0 olarkən dayandırılan matç sabah davam etdiriləcək.

Topaz Premyer Liqası

XIII tur

2 dekabr (bazar)

"Qəbələ" – "Zirə" - 0:0 (58-ci dqiqədə dayandırılıb)
Qəbələ şəhər stadionu. Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov

"Zirə": 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Dilan Duvetru, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 3. Budaq Nəsirov
Baş məşqçi: Samir Abasov

1

Neftçi

13

10

2

1

26-10

32

2

Qarabağ

12

7

3

2

21-13

24

3

Səbail

13

6

2

5

16-14

20

4

Sabah

13

5

2

6

11-18

17

5

Qəbələ

12

4

3

5

17-18

15

6

Sumqayıt

13

4

2

7

13-20

14

7

Keşlə

12

2

3

7

13-17

9

8

Zirə

12

2

3

7

12-19

9

Bombardir: Baqali Dabo (Neftçi) – 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest