Fransanın "Olimpik" (Marsel) klubu futbolçusu Dimitri Payetin müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Marsel klubu 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
 
Payet, məvacibinin 30 faiz azaldılmasına da razı olub. Fransa milli komandasına da dəvət alan yarımmüdafiəçi, 2017-ci ildən "Olimpik"də forma geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest