Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə Moskva "Spartak"ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ufa" 24 oyuna topladığı 31 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest