Futbol üzrə UEFA Millətlər Liqasının 2020/21 mövsümü üçün təqvimi müəyyənləşib.
 
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupundakı oyunlarının da vaxtı müəyyənləşib.
 
Qeyd edək ki, millimiz bu qrupda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.
 
Millimizin oyunlarının təqvimini təqdim edirik:
 
UEFA Millətlər Liqası
C Liqası
1-ci qrup
 
1-ci tur, 5 sentyabr
 
20:00. Azərbaycan - Lüksemburq
20:00. Kipr - Monteneqro
 
2-ci tur, 8 sentyabr
 
22:45. Kipr - Azərbaycan
22:45. Lüksemburq - Monteneqro
 
3-cü tur, 10 oktyabr
 
17:00. Monteneqro - Azərbaycan
17:00. Lüksemburq - Kipr
 
4-cü tur, 13 oktyabr
 
20:00. Azərbaycan - Kipr
22:45. Monteneqro - Lüksemburq
 
5-ci tur, 14 noyabr
 
21:00. Azərbaycan - Monteneqro
21:00. Kipr - Lüksemburq
 
6-cı tur, 17 noyabr
 
22:45. Lüksemburq - Azərbaycan
22:45. Monteneqro - Kipr
 
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest