İspaniyanın "Almeriya" klubu baş məşqçisi Quti ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Quti, komandanın dünən Sequndada öz meydanında "Alkorkon"a uduzmasından (0:1) sonra istefaya göndərilib.
 
"Almeriya" Qutinin ayrılığını yaxın zamanda rəsmən açıqlayacaq. 43 yaşlı mütəxəssis ötən ilin noyabrından Sequnda təmsilçisinə başçılıq edirdi.
 
"Almeriya" hazırda 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest