"Liverpul" İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün qalibi olub.
 
Matc.az "Opta"ya istinadən xəbər verir ki, sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirən Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp Premyer Liqanın tarixinə düşüb.
 
Belə ki, 53 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında çempion olan ilk alman baş məşqçi olub.
 
Klopp 2015-ci ilin oktyabrından "Liverpul"u çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest