Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.
 
"Bernli" "Uotford"u minimal hesabla məğlub yola salıb. Səfərdə "Sauthempton"la qarşılaşan "Arsenal" turu inamlı qələbəylə başa vurub.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Mançester Siti" səfərdə "çelsi"nin qonağı olub. üç qolun qeydə alındığı matç londonluların qələbəsiylə başa çatıb.
 
Mançesterlilərin bu xal itkisi isə lider "Liverpul"un sona 7 tur qalmış çempionluğu rəsmiləşdirməsiylə əlamətdar olub. Bu, "qırmızılar"ın 30 illik fasilədən sonra ilk çempionluğudu.
 
İngiltərə Premyer Liqası
31-ci tur
23 iyun
 
Lester – Brayton 0:0
 
Tottenhem – Vest Hem 2:0
Qol: Souçek, 64-öz qapısına. H.Keyn, 82.
 
24 iyun
 
Mançester Yunayted – Şeffild Yunayted 3:0
Qol: Marsyal, 7; 44; 74.
 
Nyukasl – Aston Villa 1:1
Qol: Qayle, 68 – Elmohamadi, 83.
 
Norviç – Everton 0:1
Qol: M.Kin, 55.
 
Vulverhempton – Bornmut 1:0
Qol: R.Ximenes, 60.
 
Liverpul – Kristal Pelas 4:0
Qol: Arnold, 23. Salah, 44. Fabinyo, 55. Mane, 69.
 
25 iyun
 
Bernli – Uotford 1:0
Qol: X.Rodriqes, 73.
 
Sauthempton – Arsenal 0:2
Qol: Nketia, 20. Uillok, 86.
 
çelsi – Mançester Siti 2:1
Qol: Pulişiç, 36. Villian, 78-pen – De Breyne, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest