Futbol üzrə çexiya 2-ci divizionunda 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Prostejov" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
 
"Viktoriya" hazırda 46 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest