Fransanın "Nim" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 klubu elitanın digər təmsilçisi "Tuluza"dan qapıçı Baptiste Reyneni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiper yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, "Nim"də 30 nömrəli formanı geyinəcək.
 
"Tuluza"dan öncə "Dijon" və "Loryan"da da oynamış qapıçı, karyerası ərzində 300-dən çox rəsmi oyun keçirib.
 
"Nim" yarımmüdafiəçisi Yassin Benrahu ilə də müqavilə yeniləyib. ötən mövsüm "Bordo"dan icarəyə götürülmüş 21 yaşlı fransalı futbolçu "Nim"lə 3 illik müqaviləyə imza atıb. O, geridə qalan mövsümdə 15 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest