Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
Lider "Liverpul" 31-ci tur çərçivəsində "Kristal Pelas"ı sınağa çəkib və darmadağına sevinib. "Mançester Yunayted" də "Şeffild Yunayted"lə oyundan darmadağınla ayrılıb. "Nyukasl" – "Aston Villa" matçında qalib müəyyənləşməyib. "Norviç" evdə "Everton"a minimal hesabla uduzubsa, "Vulverhempton" oxşar hesabla "Bornmut"dan üstün olub.
 
İngiltərə Premyer Liqası
31-ci tur
23 iyun
 
Lester – Brayton 0:0
 
Tottenhem – Vest Hem 2:0
Qol: Souçek, 64-öz qapısına. H.Keyn, 82.
 
24 iyun
 
Mançester Yunayted – Şeffild Yunayted 3:0
Qol: Marsyal, 7; 44; 74.
 
Nyukasl – Aston Villa 1:1
Qol: Qayle, 68 – Elmohamadi, 83.
 
Norviç – Everton 0:1
Qol: M.Kin, 55.
 
Vulverhempton – Bornmut 1:0
Qol: R.Ximenes, 60.
 
Liverpul – Kristal Pelas 4:0
Qol: Arnold, 23. Salah, 44. Fabinyo, 55. Mane, 69.
 
25 iyun
 
21:00 Bernli – Uotford
21:00 Sauthempton – Arsenal
23:15 çelsi – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest