Futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində "Brayton"la səfər oyununda (1:2) ağır zədə alan "Arsenal"ın qapıçısı Bernd Lenonun durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, ətraflı həkim müayinəsindən sonra 28 yaşlı qolkiperin azı bir ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.
 
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Rəqib futbolçu Nil Mope ilə toqquşma nəticəsində dizindən zədə alan almaniyalı qapıçının 4-6 həftə aralığında məcburi istirahət etməsinə ehtiyac var.
 
Qeyd edək ki, "Arsenal"ın əsas qapıçısı olan Leno bu mövsüm Premyer Liqada geridə qalan 30 matçın hər birində meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest