Türkiyənin "Beşiktaş" klubu Caner Erkinlə yollarını ayıracaq.
 
Matc.az xəbər verir ki, bu barədə müdafiəçinin meneceri Batur Altıparmak məlumat yayıb.
 
Türkiyə millisinin də üzvü olan futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdi. Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb. Bu üzdən də Altıparmak futbolçuya yeni klub axtardıqlarını söyləyib.
 
Karyerası ərzində "Qalatasaray" və "Fənərbaxça"nın da uğurları üçün çalışmış Caner Erkin "Beşiktaş"da 2016-cı ildən çıxış edir. Türkiyə millisində 50-dən çox oyun keçirən müdafiəçi "Manisaspor" və Moskva çSKA-sında da forma geyinib.
 
Yeri gəlmişkən, "Beşiktaş"ın "Alanyaspor"da forma geyinən sol cinah müdafiəçisi Fabris N'Sakalanı heyətinə qatmağa hazırlaşdığı bildirilir. Türkiyə mətbuatının yaydığı məlumata görə, artıq sözügedən oyunçu ilə 3 illik müqavilə barədə razılıq əldə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest