Cari mövsümdə İspaniya La Liqasının oyunlarında azarkeşlərin iştirakına icazə verilə bilər.
 
Matc.az "Cadena Ser"ə istinadən xəbər verir ki, turnir rəhbərliyi azarkeşlərin stadionlara buraxılması ilə bağlı planı 20 kluba göndərib.
 
Plana görə, azarkeşlər oyunun başlamasından 90 dəqiqə əvvəldən stadiona buraxılmağa başlayacaq. Tərəfdarlar qruplara bölünəcək və onlar müəyyən vaxt aralığı ilə stadiona buraxılacaq. Stadiona girməzdən əvvəl bütün azarkeşlərin hərarəti ölçüləcək.
 
Koronavirus səbəbiylə La Liqada oyunlar azarkeşsiz keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest