İtaliyanın "Atalanta" klubu bu komandada icarə əsasında çıxış edən Mario Paşaliçin transfer hüquqlarını da alıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 
 
İtaliya mətbuatı bunun üçün A seriyası təmsilçisinin "çelsi"yə 17.5 milyon avro ödədiyini yazıb.
 
Qeyd edək ki, Paşaliç 2018-ci ildən "Atalanta"da icarədə idi. O, bu müddət ərzində sözügedən komandada 75 oyuna çıxıb, 15 qola imza atıb, 13 məhsuldar ötürmə müəllifi olub.
 
"çelsi"yə 2014-cü ildə yetirməsi olduğu "Hayduk" (Split) klubundan transfer olunan Xorvatiya yığmasının üzvü London təmsilçisində rəsmi oyun keçirməyib. O, "Atalanta"ya qədər "Elçe", "Monako", "Milan" və Moskva "Spartak"ında da icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest