Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
 
Bu tura qədər lider olan "Trabzonspor" səfərdə "Alanyaspor"la üz-üzə gəlib. Qaradəniz təmsilçisi bu oyunda qələbəni son dəqiqələrdə əldən verib. Nəticədə, turu qələbə ilə başa vuran "Başakşəhər" liderliyi ələ keçirib.
 
"Antalyaspor" isə doğma meydanda "Rizəspor"u məğlub edib.
 
Türkiyə Super Liqası
28-ci tur
19 iyun
 
Ankaragücü – Başakşəhər 1:2
Qol: Q.Rodriqes, 12-pen – Aleksiç, 59. Vişça, 73.
 
20 iyun
 
Kayserispor – Gənclərbirliyi 2:0
Qol: P.Enrike, 36. Kravets, 89.
 
Dənizlispor – Beşiktaş 1:5
Qol: Estupinan, 53 – B.Yılmaz, 10. G.Gönül, 61. Nkudu, 67. Lyayiç, 75. Diabi, 78.
 
Yeni Malatyaspor – Göztəpə 2:1
Qol: U.Bulut, 41. Kyartansson, 78 – A.öztürk, 76.
 
21 iyun
 
Kasımpaşa – Fənərbaxça 2:0
Qol: Tiam, 55. Y.Erdoğan, 90+2.
 
Qalatasaray – Qaziantep 3:3
Qol: Falkao, 36. Belhanda, 40. Fequli, 66 – Djilobodji, 17. Tvumasi, 78. Maksim, 90+15-pen.
 
Konyaspor – Sivasspor 2:2
Qol: Şkubiç, 37. Miloşeviç, 44 – Kone, 30. Şkuletiç, 90.
 
22 iyun
 
Alanyaspor – Trabzonspor 2:2
Qol: Sisse, 45+1. Bakasetas, 90+5 – A.ömür, 7. Novak, 52.
 
Antalyaspor – Rizəspor 3:1
Qol: S.Gümüş, 3. Yahoviç, 73. E.Gülüm, 76. Şkoda, 90+9-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest