"Keşlə" bəzi futbolçuları ilə müqavilə müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanov daha bir il bu komandanın uğurları üçün çalışacaq. Onların hər biri ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, müdafiəçi olan 26 yaşlı Azər Salahlı geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində 5 matçda iştirak edib. 24 yaşlı yarımmüdafiəçi Vüsal İsgəndərli 20 matçda meydana çıxıb və 4 qol vurub.
 
28 yaşlı Tərlan Quliyev 2016-cı, 35 yaşlı Ruslan Əmircanov isə 2018-ci ildən "Keşlə"nin şərəfini qoruyur.
 
"Keşlə" daha öncə Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollarını ayırdığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest