Futbol üzrə İraq milli komandasının sabiq üzvü Əhməd Radi vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" kanalı məlumat yayıb.
 
56 yaşlı keçmiş hücumçu iyunun 21-də, koronavirusdan ölüb. Radi, İraq milli komandasının Dç-1986-da vurduğu yeganə qolun müəllifi olub. Mərhum hücumçu 1988-ci ildə Asiyada ilin futbolçusu seçilmişdi.
 
İraq millisi ilə 121 oyunda 62 qol vuran Radi, "Al-Zavraa", "Al-Raşid" və "Al-Bakra" klublarında forma geyinmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest