İcarə əsasında "İnter"də forma geyinən Aleksis Sançes karyerasını İspaniyada davam etdirə bilər. Matc.az "Daily Mirror"a istinadən xəbər verir ki, çilili forvardla "Valyadolid" maraqlanır.

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan futbolçunun mövsüm sonu İtaliyadan ayrılması gözlənilir. O, yenidən "qırmızı şeytanlar"a qayıtmaq istəmir. Buna səbəb orada davamlı oynaya bilməməsidir.

Əgər "İnter" Sançeslə müqavilə uzatmaq istəməsə, o, La Liqa klubuna transfer oluna bilər.

"Valyadolid" klubunun sahibi əfsanəvi futbolçu Luis Nazario Ronaldo da çilili oyunçunu komandasında görmək istədiyini bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest