"Keşlə"nin hücumçusu Vüsal İsgəndərlinin komandadakı gələcəyi bəlli olub.  Matc.az-ın əldə etdiyi məlumata görə, müqaviləsi bu il bitəcək futbolçu paytaxt təmsilçisində çıxış etməyə davam edəcək.

Belə ki, Azərbaycan millisinin üzvü "qırmızılar"la sözləşmə uzatmaq qərarına gəlib. Artıq tərəflər arsında danışıqlar baş tutub. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən il "Zirə"dən "Keşlə"yə transfer olub. O, cari mövsüm Premyer Liqada 20 oyun keçirib və 4 qol vurub.   

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest