"İnter"in idman direktoru Beppe Marotta Lautaro Martinesin gələcəyi barədə danışıb. Matc.az "Sky Sports"a istinadən xəbər verir ki, klub rəsmisi argentinalı forvardın komandadan ayrılmaq istəmədiyini açıqlayıb:

"Məlumdur ki, Lautaro ilə bir çox komandalar maraqlanır. Lakin biz oyunçularımızı satmaq istəmirik. Martinesin  bu təkliflərdən təsirlənməsi normaldır, ancaq onu komandada saxlamaq niyyətindəyik. O, heç vax bizə getmək istədiyini deməyib".

Qeyd edək ki, 23 yaşlı hücumçu ilə "Barselona"nın yaxından maraqlandığı söylənir. İspaniya mətbuatı daha öncə tərəflərin razılaşdığını iddia etsə də, "İnter" Matinesi buraxmaq istəmir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest