Futbol üzrə Estoniya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Tallina Kalev"lə qarşılaşıb. 4:1 hesabıyla qalib gələn "Narva Trans" finala yüksəlib.
 
Novruzov bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
 
Digər yarımfinal matçında "Flora" səfərdə "Elva"nı 4:2 hesabıyla üstələyib. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest