"Neftçi" PFK 2020/21 mövsümü üçün ilk transferini rəsmiləşdirib

"Neftçi" PFK 2020/21 mövsümü üçün ilk transferini rəsmiləşdirib.
 
Matc.az xəbər verir ki, paytaxt klubu Cabir Əmirlini heyətinə qatıb.
 
Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yaıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
 
23 yaşlı müdafiəçi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, bunadək "Keşlə"də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest