İtaliyanın "İnter" klubunun əfsanəvi futbolçusu Mario Korso vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Sabiq futbolçu bu gün, 78 yaşında ölüb.
 
1957-73-cü illərdə "neradzurra"da çıxış edən mərhum italiyalı futbolçu, komandanın heyətində ümumilikdə 509 oyun keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest