Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu adına yekun namizədlər müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Afrika Futbol Konfederasiyası final mərhələsinə 3 oyunçu saxlayıb.

İndi yalnız "Əl-Nəsr"ın nigeriyalı hücumçusu Əhməd Musa, "Liverpul"un misirli superulduzu Məhəmməd Salah və "Arsenal"ın qabonlu qol "silahı" Pyer-Emerik Obameyanq ilin ən yaxşısı olmağa iddialıdı.

Qeyd edək ki, qalib yanvarın 8-də açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest