Afrika Millətlər Kuboku gələn il Kamerunda keçirilməyəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Afrika Futbol Konfederasiyası ev sahibliyini adıçəkilən ölkədən alıb.

Buna səbəb idman obyektlərinin tikintisində gecikmələrin olmasıdı. Həmçinin təşkilatçılar ölkənin cənub-qərbində və şimal-qərbindəki separatçı iğtişaşlardan narahatdılar. Bundan əlavə turnirin son qalibi Kamerun yığması da titulunu qorumaq haqqından məhrum edilib.

Afrika Futbol Konfederasiyası turnirin ev sahibliyi ilə bağlı yeni seçki keçirəcək. Yarışa təşkilatçılıq etmək istəyən ölkələr dekabrın sonuna qədər namizədliklərini rəsmən elan etməlidilər. Hazırda ən real namizəd kimi Mərakeş göstərilir.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun gələn il iyunun 15-dən iyulun 13-dək keçirilməsi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest