çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı qolu müəyyənləşib. Matç.az saytının məlumatına görə, azarkeşlər 4 namizəd arasında seçim aparıblar.

UEFA Maksvell Kornenin ("Lion") "Mançester Siti", Aryen Robbenin ("Bavariya") "Benfika", Andrey Kramariçin ("Hoffenhaym") "Şaxtyor" və Dris Mertensin ("Napoli") "Srvena Zvezda"nın qapısından keçirdiyi qolları namizəd elan etmişdi.

Səsvermə nəticəsində Robbenin vurduğu qol ən yaxşı seçilib. Hollandiyalı "Benfika" ilə görüşün 13-cü dəqiqəsində gözəl driblinq edərək hesabı açmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest