"Klub daxilində baş verənlər içəridə qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq"

"Ayazla problemimiz oldu. Hazırda o, əsas komandada deyil".

Matc.az xəbər verir ki, bu sözləri  "Spartak" (Moskva) klubunun baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev barəsində danışarkən deyib.

Almaniyalı mütəxəssis hazırda oyunçunun əsas heyətə qaytarmağı düşünmədiklərini bildirib: "Klub daxilində baş verənlər içəridə qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. İndi futbolçunu qaytarmağı planlaşdırmırıq. Lakin hər şey mümkündür.  Qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil".

Qeyd edək ki, Ayaz Quliyev inzitamsız hərəkətlər və fizik hazırlıq üzrə məşqçi ilə kobud danışdığı üçün əvəzedici komandaya göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest