çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytının məlumatına görə, azarkeşlər bu ada "Barselona"nın kapitanı Lionel Messini layiq görüb.

UEFA-nın apardığı səsvermənin yekununa görə, argentinalı superulduz ən yaxşı seçilib. O, PSV ilə səfər matçında 1 qol və 1 məhsuldar ötürmə ilə qələbədə (2:1) böyük rol oynamışdı. Messi "Bavariya"lı Aryen Robben, "Lion"lu Maksvel Korne və "Napoli"li Dris Mertensi qabaqlayıb.

Qeyd edək ki, Messi bununla 3-cü dəfə turun oyunçusu seçilir. O, qrup mərhələsinin I və II turunda da ən yaxşı olmuşdu. III və IV turu isə "Barsa"lı zədə ucbatından buraxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest