"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını İsveçdə davam etdirə bilər. Matc.az xəbər verir ki, 38 yaşlı futbolçu mövsüm sonu İtaliyadan ayrılmağı düşünür.

Bildirilir ki, İbrahimoviç "Xammarbü" klubuna keçməyə yaxındır.  Onun "Milan"la müqaviləsi 2020-ci ilin iyunun 30-na qədərdir. İsveçli oyunçu A Seriyası təmsilçisindən sözləşmə uzatmağı təklif gözləyir.

Yaxın vaxtlarda İbrahimoviçin agenti olan Mino Rayola klubun icraçı direktoru İvan Qazidis ilə oyunçunun gələcəyini müzakirə edəcək. Əgər tərəflər razılıöa gələ bilməsə, təcrübəli futbolçu karyerasına İsveçdə davam edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest