Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Maks Kruse Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində "Trabzonspor"a qarşı keçirəcəkləri cavab oyununda iştirak edə bilməyəcək.
 
Bu barədə klub prezidenti Ali Koç yerli mətbuata açıqlamasında məlumat verib. O, almaniyalı hücumçunun vəziyyətinin ötən gün qəfildən pisləşdiyini və təcili xəstəxanaya aparıldığını, appendisit əməliyyatı olunduğunu açıqlayıb. Bu üzdən də 32 yaşlı forvard qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Fənərbaxça" martın 3-də keçirilən "Trabzonspor"la yarımfinalın ilk oyununda 1:2 hesablı səfər məğlubiyyətinə üzülüb. Cavab qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest