Futbol üzrə Latviya çempionatında yeni mövsümə start verilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils" də ilk turun oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Liepaya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest