Sabah Topaz Premyer Liqasında XIII tura start veriləcək. Matç.az saytı xəbər verir ki, turun qarşılaşmaları üç gün ərzində keçiriləcək.

Açılış oyunu "Əlincə Arena"da baş tutacaq. çempionatın lideri "Neftçi" "Sabah"ın qonağı olacaq. "Ağ-qaralar" qış çempionluğunu rəsmiləşdirmək üçün uduzmamalıdı. Roberto Bordinin yetirmələri 1 xal qazansa, 7 ildən sonra qış çempionluğuna qovuşacaq. "Neftçi" sonuncu dəfə 2011-ci ili lider kimi başa vurub. ötən tur "Qarabağ"ə büdrədən debütant avrokuboklara iddialı olduğunu ölkənin ən titullu klubuna da göstərməlidi.

İlk oyun gününə Sumqayıtda yekun vurulacaq. Uzun fasilədən sonra doğma arenaya dönən "Sumqayıt" "Səbail"i sınağa çəkəcək.  Meydan sahibləri həm təhlükəli zonadan uzaqlaşmaq, həm də yeni baş məşqçisi Ayxan Abbasovla ilk uğurunu qazanmağa iddialıdı. Qonaqlar isə ilk "üçlük"dəki mövqeyini möhkəmlətməyə köklənib.

İkinci oyun günündə "Qəbələ" "Zirə"ni sınağa çəkəcək. Mövsümün ikinci dövrəsində hər oyun qol vuran əyalət klubu ilk matçdakı məğlubiyyətin əvəzini çıxmaq arzusundadı. "Sabah"ın xal itkisi qəbələlilərə irəliləmək üçün imkan da yaradacaq. "Zirə" isə son pillədən qurtulmaq üçün uduzmamalıdı.

Tura "Qarabağ"la "Keşlə" arasında oyunla yekun vurulacaq. AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasına görə bir gün gec keçiriləcək matç da qış çempionluğu baxımından həlledici ola bilər. "Neftçi" "Sabah"a uduzsa, ağdamlıların xal itkisini gözləməlidi. Qurban Qurbanovun yetirmələri isə liderlə fərqin artmaması üçün qalib gəlməlidi. Qonaqlar isə son sıraya düşmək təhlükəsindən uzaqlaşmaq üçün mövsümdə ikinci dəfə çempiondan xal almalıdı.

Topaz Premyer Liqası

XIII tur

1 dekabr (şənbə )

16:30. "Sabah" – "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli 
"Əlincə Arena"

19:00. "Sumqayıt" – "Səbail"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Fizuli Nəcəfov
AFFA nümayəndəsi: Eldar Qasımov 
"Kapital Bank Arena"

2 dekabr (bazar)

17:00. "Qəbələ" – "Zirə"
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu, 17:00
3 dekabr (bazar ertəsi)

19:00. "Qarabağ" – "Keşlə"
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev 
Tofiq Bəhramov adına Respublika stadionu

 

1

Neftçi

12

9

2

1

24-9

29

2

Qarabağ

12

7

3

2

21-13

24

3

Səbail

12

6

2

4

16-13

20

4

Sabah

12

5

2

5

10-16

17

5

Qəbələ

12

4

3

5

17-18

15

6

Sumqayıt

12

3

2

7

12-20

11

7

Keşlə

12

2

3

7

13-17

9

8

Zirə

12

2

3

7

12-19

9

 

Bombardir: Baqali Dabo (Neftçi) – 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest