"Real"ın  idman direktoru Emilio Butrageno komandanın kapitanı Serxio Ramosun klubdakı gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, o, ispaniyalı oyunçudan məmnun olduqlarını bildirib:

"Sergio komandamızın lideridir. Ramos kapitandır, əfsanədir. Bu futbolçudan məmnunuq. Onun bizim oyunçumuz olması böyük bir şərəfdir. "Real" Serxionun illərlə burada olmasını istəyir. Şübhəsiz ki, Ramos klub tarixinin ən böyük futbolçulardan biridir".

Qeyd edək ki, 34 yaşlı müdafiəçinin İspaniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Tərəflər hazırda sözləşmənin uzadılması barədə danışıq aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest