"Barselona"nın hücumçusu Osman Dembele karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "Daliy Star"a istinadən xəbər verir ki, "Liverpul" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, "qırmızılar" Dembele üçün Kataloniya klubu ilə danışıqlara başlayıb. Liverpul təmsilçisi fransalını satın alma maddəsi ilə icarəyə də götürə bilər.

23 yaşlı hücümçu "Barselona"da gözləntiləri qarşılaya bilməyib. Rəhbərliyin onun satılmasına izin verəcəyi bildirilir.

Qeyd edək ki, 2017-ci ildən Kataloniya təmsilçisində çıxış edən Dembelenin klubu ilə müqaviləsi 2022-yə qədərdir.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest