Bu həftə Topaz Premyer Liqasında XIII turun oyunları keçiriləcək. Matç.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, bu komanda mövsümün ilk yarısında son ev oyununa çıxacaq.

"Qırmızı-qaralar" öz meydanında "Zirə"ni qəbul edəcək. Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 16-cı duel olacaq. Əvvəlki 15 matçda "qırmızı-qaralar" 6 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən qəbələlilər 14 qol buraxıb.

Bu duellərdə "Qəbələ"nin 14 oyunçusu qol sevinci yaşayıb. Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə fərqlənib.

İndiyədək keçirilən 15 oyundan 13-ü Premyer Liqa, 2-si Azərbaycan kubokuna təsadüf edib. çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıb. Bu oyunlarda "Qəbələ" 15, rəqibi 12 qol vurub.

"Qırmızı-qaralar" öz meydanında keçirdiyi əvvəlki 7 matçda üstünlüyə malikdi. 3 qələbə qazanan "Qəbələ" eyni sayda heç-heçə edib və yalnız 1 dəfə uduzub. Meydan sahiblərinin 11 qoluna qonaqlar 6 dəfə cavab verib.

Qeyd edək ki, "Qəbələ" – "Zirə" görüşü dekabrın 2-də baş tutacaq.

 

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79

 

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

 

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. - Stiven Monroz, 78

 

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest