Futbol üzrə İtaliya kubokunda ilk finalçı bəlli olub.
 
Matc.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində bu gün "Yuventus" "Milan"ı qəbul edib.
 
Turindəki qarşılaşma qolsuz yekunlaşıb. İlk matç 1:1 hesabı ilə başa çatdığı üçün "Yuventus" səfər qolu sayəsində finala yüksəlib.
 
Digər finalçının adına iyunun 13-də keçiriləcək "Napoli" – "İnter" matçında aydınlıq gələcək.
 
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
12 iyun
 
Yuventus – Milan 0:0 (ilk oyun 1:1)
 
13 iyun
 
23:00. Napoli – İnter (ilk oyun 1:0)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest