Koronavirus pandemiyasına görə martdan etibarən dayandırılan futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün bərpasından sonrakı ilk oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, bununla futbol ictimaiyyəti İtaliyada koronavirus pandemiyasından dünyasını dəyişənlərin xatirəsini anacaq.
 
Qeyd edək ki, bu qayda kubok və aşağı liqaların oyunlarında da tətbiq olunacaq.
 
İtaliya A Seriyasının iyunun 20-dən etibarən bərpası nəzərdə tutulur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest