"Arsenal"ın sabiq hücumçusu Tyeri Anri keçmiş çalışdırıcısı Arsen Venger ilə münasibətlərindən danışıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, o, fransalı mütəxəssis barədə xoş sözlər söyləyib:

"O mənim üçün bir ata kimi idi. Necə ki, atanızla mübahisə edirsiniz, qışqırırsınız və o sizi cəzalandırır. Vengerlə eyni münasibətimiz var idi. Bəzən çox çətin adam, bəzən də ən yaxşı olurdu. Ətrafımızda yaxın dostlarımızla belə sərt mübahisələr edirdik. Ancaq bu həmişə sevdiyiniz insanlarla olur. Mübahisə qayğı göstərdiyiniz üçün yaranır".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest