FİFA futbolçulara bir mövsüm ərzində üç klubda forma geyinməyə müvəqqəti olaraq icazə verib.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
FİFA-nın oyunçuların statusu və transferi reqlamentinə görə, futbolçu bir milli federasiya çərçivəsində idman mövsümünün 12 ayı müddətinə yalnız bir komandaya aid olmaqla elan edilə bilər. Lakin koronavirus pandemiyası ilə əlaqədar dünya futbolunda yaranmış vəziyyətlə əlaqədar qərarlarda dəyişiklik edilib. Oyunçuların mümkün işsizliyidən ehtiyatlanaraq, futbolçulara üç klubda qeydiyyatdan keçmək icazəsi verilib. Onlara bir idman mövsümünün gedişi ərzində üç klubda rəsmi oyunlarda çıxış etmək hüququ verilir.
 
Həmçinin FİFA milli federasiyalara klubların lisenziyalaşdırılmasının ilk mərhələsini həyata keçirmək və cari çempionatları ilkin heyətlər üzrə bitirmək üçün cari mövsümün gedişində növbəti mövsümə olan təqvimi müəyyən etmək hüququnu verib.
 
Qeyd edilir ki, müvəqqəti dəyişikliklər təxirə salınmadan qüvvəyə minir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest