"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Səbail"ə qarşı keçirdikləri yoxlama matçını şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
⁣
"üç aya yaxındı futbol oynamırdıq. Ayın 1-dən müəyyən fasilələrlə məşqə başlamışıq. İstədiyimiz o idi ki, futbolçularda istək görək. Fikrimcə, bunu görə bildik. İstədiyimiz oyunu görmək üçün 2 həftə yetərli deyil. Ancaq başqa variant da yoxdu".⁣

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest