"Barselona"nın Lautaro Martines transferini bitirmək üçün iyulun 7-dək vaxtı var. Matc.az AS-a istinadən xəbər verir ki, argentinalı forvardın 111 milyon avro qarşılığında sərbəst qalacağı maddə məhz həmin tarixdə bitəcək.

"Barselona" 22 yaşlı hücumçunu heyətinə cəlb etmək üçün bir neçə başqa təkliflər etsə də, "İnter" bunlarla razılaşmadı. Oyunçunun Kataloniya klubuna keçməsi üçün tək variant tələb edilən kompensasiyanı ödəməkdir.

Sözügedən maddənin vaxtı iyulun 7-də başa çatır. Əgər bu müddətdə "Barselona" Martines üçün 111 milyon ödəyə bilməsə, argentinalı futbolçu "İnter"lə yeni müqavilə imzalayacaq. Bu halda isə A Seriyası təmsilçisi onun satılması üçün yeni bir məbləğ təyin etmə hüququna sahib olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest