Uzun müddətdir zədədən əziyyət çəkən Luis Suares meydanlara qayıdır. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kike Setyen məlumat verib.

O bildirib ki, uruqvaylı forvard "Malyorka"ya qarşı görüşdə meydanda ola bilsə də, 90 dəqiqə oyunda qalmasına risk edilməyəcək. Setyen futbolçunun xırda bir zədə alması təqdirdə, yenidən aylarla meydanlardan uzaq qalma ehtimalı olduğunu vurğulayıb.

Qeyd edək ki, La Liqada koronavirus pandemiyasının ardından yaranan fasilə iyunun 12-də sona çatır. Kataloniya klubu bazar günü səfərdə "Malyorka" ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest