İyunun 21-də başlayacaq Premyer Liqaya hazırlıq çərçivəsində "Neftçi" klubu bu gün yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, "ağ-qaralar" "Keşlə" ilə qarşılaşıb. 
 
Saat 18:00-da start götürən qarşılaşma 8-ci km stadionunda baş tutub. "Neftçi" – "Keşlə" matçı "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanıb. üç qolun qeydə alındığı qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb.
 
Yoxlama oyunu
 
10 iyun
 
Neftçi – Keşlə 3:1
Qol: Emin Mahmudov, 10-pen; 12. Rəhman Hacıyev, 90+2 – Aleksandr Kristovao, 65.
8-ci km stadionu.
 
Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 18. Tural Axundov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 88. Saman Nərimancahan, 93. Soni Mustivar.
 
Keşlə: 94. Rəşad Əzizli, 5. Franko Flores, 21. Miyusko Boyoviç, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov, 7. Tural Bayramlı, 25. Con Kamara, 17. Vusal İsgəndərli, 30. Şahruh Qadoyev, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest