"Liverpul" yarımmüdafiəçisi Adam Lallana ilə müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 32 yaşlı futbolçu ilə mayın 30-da müddəti bitən müqavilənin mövsümün sonunadək qüvvədə olacağı diqqətə çatdırılıb. Koronavirus pandemiyasına görə təxminən 3 aydı dayandırılan İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün iyunun 17-də bərpa olunması, iyulun sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bu isə o deməkdi ki, Lallana yalnız avqustun 1-dən sonra azad agent statusu ilə "Liverpul"dan ayrılacaq.
 
Lallana 6 mövsümdü "Liverpul"un uğurları üçün çalışır. İngiltərə yığmasının sabiq üzvü indiyə qədər "qırmızılar"ın heyətində 178 oyuna çıxıb, 22 qola imza atıb. Yarımmüdafiəçinin növbəti mövsümdən karyerasını "Lester Siti"də davam etdiriləcəyi iddia olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest