İngiltərənin "Mançester Siti" klubu əsas komandanın baş məşqçisi Xosep Qvardiolaya yeni köməkçi təyin edib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi ispaniyalı mütəxəssis Xuan Manuel Lilyo ilə anlaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssis tezliklə işinin icrasına başlayacaq. O, daha öncə ölkəsində "Tenerife", "Saraqosa", "Real Sosyedad" və "Almeriya" kimi klublarda da çalışıb. Lilyonun son iş yeri isə çinin "Qingdao Huanghai" klubu olub. O, ötən mövsüm çalışdırdığı bu komandanı çin Super Liqasına çıxarıb.
 
Xatırladaq ki, Lilyodan öncə Qvardiolanın əsas köməkçisi Mikel Arteta idi. Lakin o, ötən ilin dekabrında "Mançester Siti"dən ayrılaraq Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın baş məşqçisi təyin olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest