Azərbaycanda koronavirus pandemiyasına görə yaranmış futbol həsrəti başa çatıb. Matc.az xəbər verir ki, bu gün "Qarabağ"la "Sabah" yoxlama görüşündə üz-üzə gəliblər.
 
92 günlük həsrət "Bank Respublika Arena"da bitib. Ağdam klubunun üstünlüyü şəraitində keçən bu oyun qonaqların qələbəsiylə başa çatıb.
 
Qeyd edək ki, iyunun 14-də ikinci yoxlama matçı çərçivəsində "Qarabağ" "Səbail"lə, "Sabah" isə "Zirə" ilə üz-üzə gəlməyi planlaşdırır.
 
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü iyunun 21-də qaldığı yerdən davam etdiriləcək.
 
Yoxlama oyunu
9 iyun
 
"Sabah" – "Qarabağ" 0:5
Qol: Mahir Emreli, 3; 65. Xayme Romero, 14. Filip Ozobiç, 37. Ovusu Kvabena, 90+1.
Qırmızı vərəqə: Mario Marina ("Sabah").
Bakı. "Bank Respublika Arena" stadionu.
 
Sabah: 1. Saşa Stamenkoviç, 38. Arsen Ağcabəyov, 13. Filip Ivanoviç, 5. Kərim Diniyev, 22. Elgün Nəbiyev, 42. Reza Biqdelo, 6. Vadim Abdullayev, 10. Cavid Imamverdiyev, 23. Amadu Diallo, 91. Ceyhun Nuriyev, 99. Ramil Şeydayev.
 
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 9. Xayme Romero, 11. Mahir Emreli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest