"Neftçi"nin mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində iyunun 10-da "Keşlə"yə qarşı keçirəcəyi yoxlama matçının stadionu dəyişdirilib.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, oyun öncədən nəzərdə tutulduğu kimi "Neftçi"nin bazasında yox, 8-ci km stadionunda baş tutacaq. Bunun səbəbi isə sınaq matçının "CBC Sport" vasitəsilə canlı yayımlanmasıdı.
 
Qeyd edək ki, "Neftçi" - "Keşlə" matçına saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest