İtaliya futbolunda yay transfer pəncərəsi sentyabrın 1-də açılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə mövsümlərarası transfer dönəminin oktyabrın 5-dək davam edəcəyi diqqətə çatdırılıb.
 
Daha əvvəl ölkədə yay transfer pəncərəsi iyulun 1-də açılıb 2 sentyabr tarixində bağlanırdı.
 
Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest