Bir müddətdir adı "İnter"lə yanaşı çəkilən PSJ-nin futbolçusu Edinson Kavaninin yeni klubu müəyyənləşib.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu karyerasını "Atletiko"da davam etdirəcək.
 
Məlumatda, Kavaninin bir neçə ay öncə Madrid klubu ilə ilkin müqaviləyə imza atdığı da bildirilir. Tərəflər ildə 10 milyon avro olmaqla, iki illlik müqaviləyə imza atıb.
 
2013-cü ildən PSJ-də çıxış edən 33 yaşlı hücumçunun Paris klubu ilə müqaviləsi iyunun sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest